FHN Akademiyasında Heydər Əliyevə həsr olunmuş konfrans keçirildi - FOTO

FHN Akademiyasında Heydər Əliyevə həsr olunmuş konfrans keçirildi - FOTO
15:08 4 May 2017
51 Digər
Ölkə mətbuatı
A- A+

Bu gün Fövqəladə Hallar Nazirliyinin Akademiyasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş “Fövqəladə hallardan müdafiənin nəzəri-təcrübi problemləri” mövzusunda II elmi-texniki konfrans keçirilib.

Əvvəlcə, konfrans iştirakçıları Akademiyada fəaliyyət göstərən Heydər Əliyev Mərkəzi ilə tanış olublar.

Konfransı giriş sözü ilə açan Akademiyanın rəisi general-mayor Pənah Süleymanov ulu öndər Heydər Əliyevin zəngin həyat və fəaliyyətindən söz açaraq qeyd edib ki, ümummilli liderin hər bir azərbaycanlıya örnək olan mənalı həyatı və zəngin dövlətçilik fəaliyyəti, xalqımız qarşısındakı misilsiz xidmətləri təkzibedilməzdir.

Ulu öndər Heydər Əliyev ölkənin və xalqın gələcəyində, tərəqqisində, böyük uğurlar qazanmasında təhsilin rolunu, əhəmiyyətini həmişə yüksək dəyərləndirib.

P. Süleymanov çıxışında ölkəmizdə təhsilin və elmin inkişafı, elmi araşdırmaların aparılması üçün hər cür şərait yaradıldığını, bu sahəyə dövlət başçısı İlham Əliyev tərəfindən böyük diqqət və qayğı göstərildiyini vurğulayıb, FHN Akademiyasının maddi-texniki bazasının gücləndirilməsi üçün görülmüş işləri bunun bariz nümunəsi kimi qiymətləndirib.

Sonra Akademiyanın kafedra müdiri, filologiya elmləri doktoru, professor Bahar Cəfərova, şöbə rəisi polkovnik, texnika üzrə fəlsəfə doktoru, dosent Malik Qarayev, Azərbaycan Memarlıq və İnşaat Universitetinin doktorantı, general-mayor Kamil Bağırov və Həyat fəaliyyətinin təhlükəsizliyi ixtisas fənləri kafedrasının müəllimi Maya Qurbanova məruzələrlə çıxış ediblər.

Plenar iclasdan sonra konfrans öz işini bölmə iclaslarında davam etdirib. Kafedra rəisi polkovnik, texnika üzrə fəlsəfə doktoru İlqar Dadaşovun sədrliyi ilə “Həyat fəaliyyətinin təhlükəsizliyi: metodika, texnologiya və innovasiya”, kafedra müdiri, filologiya elmləri doktoru, professor Bahar Cəfərovanın sədrliyi ilə “Fövqəladə hallardan müdafiənin humanitar problemləri” və kafedra rəisi, polkovnik Hüseynqulu Həsənovun “Hərbi hazırlıq” adlı bölmə iclaslarında geniş məruzələr təqdim olunub.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida_xeber/197543.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR