Bakı Nəqliyyat Agentliyi sürücülərinin müdafiəsinə qalxdı - VİDEO

Bakı Nəqliyyat Agentliyi sürücülərinin müdafiəsinə qalxdı - VİDEO
15:09 4 May 2017
64 Digər
Ölkə mətbuatı
A- A+

Bakı Nəqliyyat Agentliyi sərnişinlərə müraciət edib.

 

BNA-dan Lent.az-a verilən məlumata görə, ictimai nəqliyyatdan istifadə edən hər bir kəs qanunla müəyyən edilən qaydalara əməl etməlidir. Sərnişin avtobusları ümumi istifadədə olan nəqliyyat vasitəsidir və heç kimin sərnişin avtobuslarından şəxsi nəqliyyat vasitəsi kimi istifadə etməyə ixtiyarı yoxdur.

 

Qurumun yaydığı məlumatda deyilir ki, bu və bir neçə gün bundan əvvəl 61 nömrəli marşrut xəttində baş verənlər bir daha sərnişindaşıma xidmətinin daha səmərəli və effektiv həyata keçirilməsi üçün sərnişinlər arasında ictimai nəqliyyatdan istifadə zamanı təhlükəsizlik və davranış qaydaları ilə bağlı müxtəlif maarifləndirici tədbirlərinin həyata keçirilməsinin zəruri olduğunu göstərir.

 

Agentlik bu istiqamətdə bütün lazımi tədbirləri yerinə yetirməkdədir.

 

BNA bir daha ictimai nəqliyyatdan istifadə edən sərnişinləri təhlükəsizlik qaydalarına əməl etməyə və öz həyatları ilə yanaşı, yol hərəkətinin digər iştirakçılarına təhlükə yaratmamağa çağırır. Sərnişinlərdən ictimai nəqliyyatda bu cür hərəkətlərə yol verən sərnişinlərə qarşı elə yerindəcə düzgün münasibət ortaya qoymalarını, onları bu təhlükəli əməllərindən çəkindirmək üçün ictimai qınaq yaratmaları xahiş edilir.

 

Bildirək ki, bəzi sərnişinlər hələ də bu qaydalara əməl etmək istəmir və özləri ilə yanaşı digər sərnişinlərin də həyatını təhlükəyə atmağa davam edirlər.

Aprelin 28-i səhər saatlarında şəhərin mərkəzi küçələrinin birində “BakuBus” avtobusundan istifadə edən sərnişini qaydalara zidd hərəkəti növbəti hadisələrdən biridir.

 

Təqdim olunan videogörüntüdə, cavan oğlan digər nəqliyyat vasitələri kimi, avtobusun da svetoforda saxlamasını qəbul etməyərək avtobusun qapısını açmağa çalışır və ancaq fövqəladə hadisələr zamanı sərnişinlərin təxliyyə edilməsi üçün nəzərdə tutulmuş vasitədən istifadə edərək, avtobusun qapısını açıb yolun ortasında düşür. Bu hərəkətləri ilə ictimai nəqliyyatda təhlükəsizlik qaydalarını pozan sərnişin öz həyatını təhlükəyə ataraq yolun ortasında, nəqliyyatın gur olduğu yerdə avtobusdan enməklə yolda olan digər nəqliyyat vasitələri üçün də təhlükə yaratmış olur. Təəssüf ki, onun bu hərəkətlərinə etiraz etməli olan sərnişinlərdən bəziləri ona haqq qazandırmağa çalışır və hətta onun arxasınca avtobusdan düşürlər.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/273835

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR