Sülh Platformasının nəzdində “Sülh Səfirləri” İnstitutu təsis olunub

Sülh Platformasının nəzdində “Sülh Səfirləri” İnstitutu təsis olunub
15:17 4 May 2017
64 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 4 may. REPORT.AZ/ "Ermənistan Azərbaycan Sülh Platforması"nın nəzdində “Sülh Səfirləri” İnstitutu təsis olunub. 
"Report"un məlumatına görə,"Sülh Səfirləri" - "Ermənistan Azərbaycan Sülh Platforması"na üzv olan müxtəlif ölkələrin vətəndaş cəmiyyətlərinin fəal üzvləridir. İnstitutun məqsədi Dağlıq Qarabağ münaqişəsinin həlli üçün beynəlxalq hüquq tərəfindən tanınmış prinsip və normaları çərçivəsində Platformanın ideyalarının sürətli yayılması və sülh naminə insan resurslarının fəal və mobil istifadəsində Sülh Platformasına dəstəkdir.
"Sülh Səfirləri"nin aşağıdakı hüquq və vəzifələri vardır: 
Yaşadıqları ölkələrdə “Ermənistan-Azərbaycan Süıh Platforması”nı təmsil etmək, 
Sülh Platformasının adından danışmaq və təqdimatlar keçirtmək; 
Sülh Platforması adından hər hansı bir tədbir keçirtmək; 
Beynəlxalq ictimaiyyətə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin vacibliyini çatdırmaq; 
Öz fəaliyyətlərini Sülh Platformasının katibliyi ilə koordinasiya etmək və məsləhətləşmələr aparmaq.
Sülh Səfirləri adına Sülh Platformasının katibliyi tərəfindən hər ölkədən bir nümayəndə seçilir. 
Hazırda 7 müxtəlif ölkədən sülh səfiri təyin olunub: 
Moldova üzrə sülh səfiri – Aureliya Qriqoriu, 
Ukrayna üzrə sülh səfiri – Tatyana Krupa, 
Belçika üzrə sülh səfiri – Mişel İvor, 
Polşa üzrə sülh səfiri – Vitold Oleynik, 
Latviya üzrə sülh səfiri Aleksey Averyaninkov, 
Serbiya üzrə sülh səfiri – Yelena Stankoviç, 
İtaliya üzrə sülh səfiri – Domeniko Letiziya.

Xəbərin orijinal ünvanı: https://report.az/dagliq-qarabag/sulh-platformasinin-nezdinde-sulh-sefirleri-i-nstitutu-tesis-olunub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR