Burkina-Faso rəsmisi: Azərbaycan multikulturalizm və tolerantlıq mərkəzidir

Burkina-Faso rəsmisi: Azərbaycan multikulturalizm və tolerantlıq mərkəzidir
15:43 4 May 2017
63 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Anaxanım Hidayətova - Trend:

Bakıda keçirilən IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu dünya əhəmiyyətli tədbirdir.

Bunu Trend-ə Burkina-Fasonun Gənclər Birliyinin əlaqələndiricisi Daniel Da Hien deyib.

Onun sözlərinə görə, müxtəlif mədəniyyətlər arasında yaxın münasibətlər qlobal təhlükəsizliyin bərqərar olmasında mühüm rol oynayır:

"Bu gün Bakı dünyada mövcud problemlərin həlli yollarının axtarışı üçün meydandır. Belə ki, multikulturalizm və tolerantlıq mərkəzi olan Azərbaycanın bu sahədə ənənəsi və böyük təcrübəsi var".

Qeyd edək ki, mayın 4-də Bakıda “Mədəniyyətlərarası dialoqun inkişafı: İnsan təhlükəsizliyi, sülh və davamlı inkişaf üçün yeni imkanlar” mövzusunda IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işinə başlayıb.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2750088.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR