Ermənistanı hər il 30 min insan tərk edir

Ermənistanı hər il 30 min insan tərk edir
15:47 4 May 2017
23 Dünya
Ölkə mətbuatı
A- A+

2002-ci ildən bəri hər il 30 minə yaxın insan Ermənistandan köçür.

Milli.Az azvision.az -a istinadən xəbər verir ki, bunu hökumətin iclasında Ermənistan Dövlət Miqrasiya Xidmətinin rəhbəri Qaqik Yeqanyan bildirib. 

Onun sözlərinə görə, hazırda Ermənistandan köçün seçkilərlə bağlı olub-olmamasına dair statistika mövcud deyil.

"2002-2007-ci illərdə hər il ölkədən 25-26 min insan köçürdüsə, 2007-2015-ci illərdə bu rəqəm 28-29 min olub. Əhalinin ölkədən köçməsində sosial-iqtisadi və siyasi səbəbləri nəzərə almaq lazımdır" - Qaqik Yeqanyan vurğulayıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/541619.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR