Fransız moda evindən romasayağı kolleksiya - FOTOLAR

Fransız moda evindən romasayağı kolleksiya - FOTOLAR
15:48 4 May 2017
Ölkə mətbuatı
A- A+

Dünən axşam Parisdə, Böyük Sarayda “Chanel” fransız moda evinin növbəti gurultulu nümayişi keçirilib.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, dizayner Karl Lagerfeld 2018-ci ilin kruiz kolleksiyasını təqdim edib. Əfsanəvi dizaynerin yeni kolleksiyasının əsas mövzusu antik Roma tərzi olub. O, moda evinin ənənəvi üslubu ilə antik formalı kostyumları çox gözəl birləşdirib. Bununla belə maraqlı detallar və tendensiyaları barədə unutmayıb. K.Lagerfeld həmin dövrün insan bədəninin təbii gözəlliyini vurğulamağa çalışıb. Asimmetrik kəsimlər ehramları, həmçinin dekorlarla zəngin jaketlər və paltarlar Qədim Roma imperiyasının keçmiş əzəməti barədə xatırladıb.

“Chanel”in kruiz kolleksiyaları dizaynerin digər mövsümi nümayişlərindən fərqlənir. Burada, Karl Kagerfeld yüngül parça, işıqlı rənglərə və zərif elementlərə diqqət yetirir. Sözsüz ki, məşhur moda evinin əsas bəzəyi - ənənəvi tvid parçalar olub.

Brendin rəhbərliyi kruiz kolleksiyalasını əvvəlcə Romada, nümayiş etmək istəyib. Lakin, Koreya və Yaponiya butiklərin açılması ilə əlaqədar olaraq bütün planları dəyişib və ənənəvi şou moda evinin doğa vətənində keçirilib. Qonaqlarını təəccübləndirməyi sevən dizayner Böyük Sarayı qədim antik məbədi xatırladan dekorasiya etdirib.

Aytən


Xəbərin orijinal ünvanı: http://publika.az/news/deb/197546.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR