“Çelsi”nin futbolçusu karyerasını Çində davam etdirəcək

“Çelsi”nin futbolçusu karyerasını Çində davam etdirəcək
15:52 4 May 2017
60 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 4 may. REPORT.AZ/ İngiltərənin “Çelsi” komandasının və İspaniya milli komandasının futbolçusu Dieqo Kosta karyerasını Çində davam etdirəcək.
“Report” “The Sun” nəşrinə istiandən xəbər verir ki, 28 yaşlı hücumçu “Tyanszin Syuanszyan” klubu ilə razılıq əldə edib.
Sövdələşməyə əsasən, İspaniya yığmasının üzvünün illik əmək haqqı 29 milyon avro təşkil edəcək.
Qeyd edək ki, D.Kosta 2014-cü ildə İspaniyanın “Atletiko” komandasından “Çelsi”yə keçib və 5 illik müqavilə bağlayıb. O, cari mövsümdə London təmsilçisinin heyətində iştirak etdiyi 38 oyundan 20 qola imza atıb. 

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/celsi-nin-futbolcusu-karyerasini-cinde-davam-etdirecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR