Ermənilər Ağdamda BQXK əməkdaşlarını və fəhlələri atəşə tutdu - FOTO

Ermənilər Ağdamda BQXK əməkdaşlarını və fəhlələri atəşə tutdu - FOTO
15:52 4 May 2017
67 Ölkə
Ölkə mətbuatı
A- A+

Ağdam rayonunda subartezian quyularında təmir-bərpa işləri aparan rayon sakinləri ermənilər tərəfindən atəşə tutulub.

Milli.Az report-a istinadən xəbər verir ki, hadisə cəbhə bölgəsində qoşunların təmas xəttinin yaxınlığında yerləşən Əhmədağalı kəndi ərazisində baş verib.

Belə ki, Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) maliyyə dəstəyi ilə həyata keçirilən təmir-bərpa işləri zamanı erməni tərəfi ərazidə çalışan Meliorasiya və Su Təsərrüfatı ASC Ağdam rayon Mexaniki Suvarma idarəsinin əməkdaşlarını və texnikaları atəşə tutub. Hadisə yerində BQXK-nın əməkdaşları da olub.

Ermənilər tərəfindən atəşkəsin pozulması zamanı xəsarət alan olmasada texnika və qurğulara ziyan dəyib. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/541617.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR