Burkina-Faso rəsmisi: "Azərbaycan multikulturalizm və tolerantlıq mərkəzidir"

Burkina-Faso rəsmisi: "Azərbaycan multikulturalizm və tolerantlıq mərkəzidir"
15:57 4 May 2017
39 Ölkə
Ölkə mətbuatı
A- A+

"Bakıda keçirilən IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu dünya əhəmiyyətli tədbirdir".

Milli.Az xəbər verir ki, bunu Trend-ə Burkina-Fasonun Gənclər Birliyinin əlaqələndiricisi Daniel Da Hien deyib.

Onun sözlərinə görə, müxtəlif mədəniyyətlər arasında yaxın münasibətlər qlobal təhlükəsizliyin bərqərar olmasında mühüm rol oynayır:

"Bu gün Bakı dünyada mövcud problemlərin həlli yollarının axtarışı üçün meydandır. Belə ki, multikulturalizm və tolerantlıq mərkəzi olan Azərbaycanın bu sahədə ənənəsi və böyük təcrübəsi var".

Qeyd edək ki, mayın 4-də Bakıda "Mədəniyyətlərarası dialoqun inkişafı: İnsan təhlükəsizliyi, sülh və davamlı inkişaf üçün yeni imkanlar" mövzusunda IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işinə başlayıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/541624.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR