Ramnat Sinqh Fonia: "Bakı sülh təşəbbüslərinin axtarılması üçün əla meydançadır"

Ramnat Sinqh Fonia: "Bakı sülh təşəbbüslərinin axtarılması üçün əla meydançadır"
16:22 4 May 2017
47 Ölkə
Ölkə mətbuatı
A- A+

"IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu qlobal problemlərin həllinə səy göstərərək beynəlxalq dialoqun yaradılması üzrə mühüm təşəbbüsdür".

Milli.Az xəbər verir ki, bunu Trend-ə Hindistan Memarlıq Araşdırmaları Mərkəzinin baş direktoru Ramnat Sinqh Fonia deyib.

Onun sözlərinə görə, dünya ölkələrindən nümayəndələrin bir araya gəlməsi mütləq müsbət nəticələrə gətirib çıxaracaq:

"Multikulturalizm mərkəzi olan Bakı sülh təşəbbüslərinin axtarılması üçün əla meydançadır".

Qeyd edək ki, mayın 4-də Bakıda "Mədəniyyətlərarası dialoqun inkişafı: İnsan təhlükəsizliyi, sülh və davamlı inkişaf üçün yeni imkanlar" mövzusunda IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işinə başlayıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/541642.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR