Ramazan ayı mayın 27-də başlayacaq

Ramazan ayı mayın 27-də başlayacaq
16:28 4 May 2017
539 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu il Azərbaycanda Ramazan ayı Miladi təqvimlə mayın 27-də başlayacaq.

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) hazırladığı təqvimə əsasən Ramazan ayının hilalı Azərbaycan üfüqündə mayın 26-da görünəcək. Mayın 27-də Ramazan ayı başlayır.

Ramazan ayının ilk Qədr gecəsi (əhya) iyunun 13-də olacaq. Növbəti Qədr gecələri isə iyunun 15-nə, 17-nə, sonuncusu isə 21-nə təsadüf edəcək. Ramazan bayramı isə iyunun 26-da qeyd olunacaq.

Bu il Qurban bayramı Miladi təqvimlə sentyabrın 1-nə təsadüf edəcək.

Bu il Məhərrəm ayının 1-i Miladi təqvimlə sentyabrın 22-nə düşür. Aşura isə oktyabrın 1-də qeyd olunacaq. Oktyabrın 20-də Məhərrəm ayı başa çatır. (report)


Xəbərin orijinal ünvanı: http://publika.az/news/sosial/197554.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR