Türkiyəli boksçular böyük həvəslə IV İslam Həmrəyliyi Oyunlarına hazırlaşır

Türkiyəli boksçular böyük həvəslə IV İslam Həmrəyliyi Oyunlarına hazırlaşır
16:29 4 May 2017
85 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Orxan Quluzadə - Trend:

Türkiyəli boksçular böyük həvəslə IV İslam Həmrəyliyi Oyunlarına hazırlaşırlar. Bunu Trend-ə Türkiyə Boks Federasiyasının rəhbəri Eyyub Gözgeç deyib.

Onun sözlərinə görə, boksçular yarışlara hazırlıq məqsədilə Balıkesir vilayətinin Ayvalık şəhərindəki düşərgədə məşq edirlər:

"Çox şadıq ki, IV İslam Həmrəyliyi Oyunları qardaş ölkədə - Azərbaycanda keçirilir. Türkiyə və Azərbaycan idmançılarına yarışlarda uğurlar arzulayırıq".

E.Gözgeç bildirib ki, İslam Həmrəyliyi Oyunları irimiqyaslı idman tədbirlərindən biridir:

"Azərbaycan 2015-ci ildə Birinci Avropa Oyunlarını keçirdi. Belə iri tədbirləri təşkil etmək üçün güclü iradə lazımdır. Əminəm ki, IV İslam Həmrəyliyi Oyunları da yüksək səviyyədə təşkil ediləcək".

Qeyd edək ki, Türkiyəni Bakı-2017-də boks yarışlarında 10 idmançının təmsil edəcəyi gözlənilir.

Xatırladaq ki, IV İslam Həmrəyliyi Oyunların mayın 8-22-də Bakıda keçiriləcək.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2750105.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR