Azərbaycanlı futbolçu Yunanıstan klubundan ayrıldı

Azərbaycanlı futbolçu Yunanıstan klubundan ayrıldı
16:32 4 May 2017
24 İdman
Ölkə mətbuatı
A- A+

Karyerasını Yunanıstanda davam etdirən Amit Quluzadə komandası AEL-lə yollarını ayırıb.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, bu barədə yarımmüdafiəçi özü Facebook səhifəsi vasitəsilə məlumat yayıb.

Quluzadə komanda ilə qarşılıqlı razılıq əsasında vidalaşdığını vurğulayıb: "Bu gün AEL-lə müqaviləmi ləğv etdirdim. Orda olduğum müddətdə mənə dəstək verən Larissa klubuna və azarkeşlərinə təşəkkür edirəm".
 
Qeyd edək ki, Amit Quluzadə bu ilin yanvar ayında AEL-lə 2,5 illik müqavilə imzalamışdı.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/541631.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR