"Brent" neftinin qiyməti 50 dollar/bareldən aşağı düşüb

"Brent" neftinin qiyməti 50 dollar/bareldən aşağı düşüb
16:32 4 May 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 4 may. REPORT.AZ/ Dünya bazarında "Brent" markalı neftin qiyməti 50 dollar/bareldən aşağı düşüb. 
"Report" xəbər verir ki, əmtəə birjalarında "qara qızıl"ın hər barreli 49,72 dollara bərabər olub ki, bu da 2017-ci ildə qeydə alınmış minimal həddən 0,01 dollar çoxdur.  
Yaranmış vəziyyət  ABŞ-ın neft ehtiyatlarındakı azalmanın gözlənilən səviyyədə olmaması, eləcə də OPEC-ə üzv və qeyri-üzv neft hasilatçısı ölkələrinin istehsalı azaltmaq barədə əldə etdiyi anlaşmanın müddətini uzadılması ehtimalı ilə bağlıdır. 
"Report"un analitik qrupu hesab edir ki, neftin ucuzlaşması müvəqqəti xarakter daşıyır və qiymət 48 dollar/barelə endikdən sonra yenidən artmağa başlayacaq. 
Qeyd edək ki, bu gün ABŞ-da aktiv neft-qaz quyularının sayı barədə həftəlik statistikanın açıqlanması gözlənilir. Quyuların sayının artacağı istisna edilmir. Bu səbəbdən neftin ucuzlaşması müvəqqəti sürətlənə bilər. 

Xəbərin orijinal ünvanı: https://report.az/energetika/brent-neftinin-qiymeti-50-dollar-barelden-asagi-dusub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR