Yıldırım Moldovaya səfərə gedir

Yıldırım Moldovaya səfərə gedir
16:36 4 May 2017
68 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. Orxaqn Quluzadə - Trend:

Türkiyənin baş naziri Binəli Yıldırım mayın 5-də Moldovaya iki günlük rəsmi səfərə gedəcək. Trend-in məlumatına görə, bu səfər Yıldırımın moldovalı həmkarı Pavl Filipin dəvəti ilə baş tutacaq.

Səfər çərçivəsində keçirilən yüksək səviyyəli görüşlərdə ikitərəfli münasibətlərin inkişaf pespektivləri danışıqların əsas mövzusu olacaq.

Səfər zamanı Yıldırımın Molodva prezidenti İqor Dodon, palament spikeri Andrian Kandu ilə görüşü də planlaşdırılıb.

Türkiyəli baş nazir həmçinin həmin tarixdə keçiriləcək Türkiyə-Moldova biznes-forumunda da iştirak edəcək.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/other/world/2750129.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR