Rusiyada dolların qiyməti 58 rublu keçib

Rusiyada dolların qiyməti 58 rublu keçib
16:37 4 May 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 4 may. REPORT.AZ/ Rusiyada ABŞ dollarının nağd satış qiyməti 58 rublu keçib. 
"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, buna səbəb dünya bazarında "Brent" markalı neftin qiymətinin 50 dollar/barreldən aşağı düşməsidir. 
Bununla yanaşı Rusiya hökumətinin və Mərkəzi Bankın son bəyanatlarında rublun həddindən artıq ucuzlaşmasına qarşı olmaları ilə bağlı açıqlamalar dolların bahalaşmasına təsir edib. 
Qeyd edək ki, Rusiyada dolların məzənnəsi sonuncu dəfə bu il martın 22-də 58 rublu üstələyib. "Report"un analitik qrupu bildirir ki, yaxın günlərdə RUB/USD nisbəti 60-a qədər arta bilər. Lakin neftin tədricən bahalaşması ilə qiymətin yenidən 55-56 rubl səviyyəsinə düşməsi mümkündür. 

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/rusiyada-dollarin-qiymeti-58-rublu-kecib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR