FIG: Bakı idman tədbirlərinin mərkəzi qismində mövqeyini daha da möhkəmləndirir

FIG: Bakı idman tədbirlərinin mərkəzi qismində mövqeyini daha da möhkəmləndirir
16:43 4 May 2017
42 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. Maksim Tsurkov - Trend:

6-7 may tarixlərində Bakıda Beynəlxalq Gimnastika Federasiyasının (FIG) illik Şura iclası keçiriləcək.

Trend-in məlumatına görə, bu barədə FIG-in rəsmi saytında məlumat yerləşdirilib.

Qeyd olunur ki, bu tədbiri keçirməklə Azərbaycan paytaxtı idman tədbirlərinin mərkəzi qismində mövqeyini daha da möhkəmləndirir.

Məlumatda bildirilir ki, FIG prezidenti Morinari Vatanabe və baş katib Andre Geysbüler Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezidenti Mehriban Əliyeva tərəfindən qəbul olunub.

FIG-in məlumatında bu il Bakıda üç Dünya Kuboku mərhələsinin, bir neçə hakimlik kurslarının keçirildiyi vurğulanıb. Bu həftə isə qurumun rəsmi görüşləri keçiriləcək: “Bu həftə sonu FIG rəhbər orqanlarının 50-yə yaxın üzvü Şuranın 17-ci iclasında iştirak edəcək. İclas zamanı dördillik büdcə, texniki qaydalar və intizam məcəlləsi ilə bağlı məsələlər müzakirə olunacaq. Ondan əvvəl isə, 4-5 may tarixlərində İcraiyyə komitəsinin iclası keçiriləcək”.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/sports/2750098.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR