Suriya üzrə razılaşma əldə olundu

Suriya üzrə razılaşma əldə olundu
16:43 4 May 2017
54 Dünya
Ölkə mətbuatı
A- A+

Rusiya, Türkiyə və İranın nümayəndələri Suriya respublikasında təhlükəsiz zonalar haqqında memorandumun bəndləri üzərində razılığa gəlib.

Publika.az TASS agentliyinə istinadən xəbər verir ki, bu haqda danışıqlara yaxın mənbə bildirib.

“Suriyada atəşkəsin qarantı olan ölkələr memorandumun bəndləri üzrə razılığa nail olublar. Sənədin üstündə iş başa çatır”, - mənbə qeyd edib.

Rusiyanın “İzvestiya” nəşrinin yazdığına görə, Suriyanın müxalifət gücləri də gərginliyin azaldılması üçün dörd təhlükəsizlik zonasının yaradılması haqqında Rusiyanın təklifini bəyənib. Bu zonalar İdlib vilayəti, Xoms şəhərinin şimalı, Şərqi Guta və ölkənin cənubudur. Suriya böhranının tərəfləri arasında birbaşa qarşıdurmanın olmaması üçün bu zonalar arasında təhlükəsizlik xətləri yaradılır.

Qeyd edilir ki, Rusiya təhlükəsizlik xətləri arasında “dinc vətəndaşları üçün silahsız sərbəst keçidi və humanitar yardımın çatdırılmasını” təmin etmək üçün blokpostları yaratmağı təklif edir. Ayrılma xətləri ilə yanaşı, blokpostlarda atəşkəs rejiminə riayət edilməsinin izlənilməsi üçün monitorinq mərkəzlərinin yaradılması təklif olunur.

Suriya parlamentindən isə bildiriblər ki, zonalara məhz Rusiya qüvvələri nəzarət etməlidir.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/197555.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR