Topçubaşovun Fətəli Xan Xoyskiyə məktubu

106.3 FM-nin efirində yayımlanan"Bumeranq" səhər şousunun "Əvvala salam" rubrikasında bu dəfə Heydər Əliyev fondunun dəstəyi ilə çəkilən “Əbədi ezamiyyət” filmindən Əli Mərdan bəy Topçubaşovun Fətəli xan Xoyskiyə yazdığı məktub səsləndirilib. Həmin məktubu təqdim edirik:

“Onlar Fransaya daimi yaşamağa getməmişdilər… Onlar 1919-cu ildə Paris sülh konfransında iştirak etməyə, Azərbaycanın dövlət müstəqilliyini tanıtmağa getmişdilər. Özü də müvəqqəti getmişdilər…Amma bu səfər uzun çəkdi, geriyə yollar bağlandı…”

Deleqasiyanın başında rəhbər təyin edilən Topçubaşov Parisə çatanadək bütün problemlər barədə Bakıya hesabat verirdi:

“Hörmətli Fətəli xan! Bu gün yanvarın 17-dir. Biz hələ də Parisə gedə bilməmişik. Bakıdan uzaqlaşdıqca, bizim nümayəndə heyətinin zəif olduğunu daha çox hiss edirsən. Bizim qonşuların hər bir nümayəndə heyətinə ən ciddi, samballı xadimləri daxil eləyiblər. Hələ üstəlik onların Parisdə və Londondada öz adamları var. Siz nümayəndə heyətinin gücləndirilməsi barədə ciddi düşünməlisiz. Bizim maliyyə məsələmiz də yaxşı deyil. Deyilənə görə samballı maliyyə olmadan orada bir iş görmək mümkün deyil. Ürəkdə bəslənən aqbalımız iqbali millətdi. Yeganə nöqtəyi-mətlub istiqlali-millətdir!”

Bir neçə gün sonra Topçubaşov növbəti məktubunda bildirir:

“İngiltərə və Fransa nümayəndələri ilə iki dəfə keçirdiyim söhbətlərdən sonra məlum oldu ki, bizim Parisə getməyimizin ləngidilməsi texniki problemlərlə yanaşı, istisnasız olaraq siyasi xarakter daşıyır.”

Bu maneə erməni deleqasiyası tərəfindən yaradılırdı. Belə ki, ermənilər Topçubaşov haqqında mənfi təbliğat aparıdılar ki, o Parisə buraxılmasın. Sonda deleqasiya təsadüfi bir italiyan gəmisinə minərək Parisə yollanır. 1919-cu il mayın 3-4-də Parisə çatırlar.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR