26 yaşlı azərbaycanlı həyat yoldaşını qətlə yetirdi - Gürcüstanda

26 yaşlı azərbaycanlı həyat yoldaşını qətlə yetirdi - Gürcüstanda
16:52 4 May 2017
36 Ölkə
Ölkə mətbuatı
A- A+

Gürcüstanda qətl hadisəsi baş verib. 

Milli.Az APA-ya istinadən xəbər verir ki, azərbaycanlıların kompakt yaşadığı Bolnisi rayonundakı Tamarisi qəsəbəsində yaşayan 26 yaşlı Xviça Nəbiyev həyat yoldaşı 1995-ci il təvəllüdlü Yeganə Quliyevanı qətlə yetirib.
 
X. Nəbiyev Y. Quliyevanı boğaz nahiyəsindən bıçaqla vurub.
 
Hadisənin qısqanclıq zəmində baş verdiyi bildirilir.

Qeyd edək ki, X. Nəbiyevin 1,5 və 3 yaşlı körpə uşaqları var. Hadisə ilə bağlı Gürcüstan Cinayət Məcəlləsinin 108-ci (bilərəkdən adam öldürmə) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/crime/541644.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR