Baramanın “Wake me up” layihəsi 1 mln. ABŞ dolları qazanmaq üçün mübarizəyə qoşulacaq

Baramanın “Wake me up” layihəsi 1 mln. ABŞ dolları qazanmaq üçün mübarizəyə qoşulacaq
16:57 4 May 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 4 may. REPORT.AZ/ "Azercell Telekom" MMC-nin Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin təşkilatçılığı ilə keçirilən "Seedstars World" müsabiqəsinin qalibi bəlli olub. "Azercell"dən "Report"a daxil olan məlumata görə, "PAŞA Bank" və ABŞ səfirliyinin dəstəyi ilə ADA Universitetində 5-ci dəfə yerli startaplar arasında "Seedstars World" müsabiqəsinin seçimi baş tutub. Azərbaycanın 10 ən yaxşı startapının mübarizə apardığı müsabiqədə Baramanın “Wake me up” layihəsi qalib gəlib.
Qeyd edək ki, layihənin iştirakçıları SABAH qrupları tələbələridir.
“Wake me up” 2018-ci ilin aprel ayında İsveçrədə keçiriləcək "Seedstars Sammiti"ndə ölkəni təmsil etmək və 1 mln. ABŞ dolları həcmində investisiya qazanmaq uğrunda mübarizə aparacaq. Yerli seçim mərhələsində 2-ci və 3-cü yerin qalibləri "TechSos" və "Buglance" olub.
"Seedstars" inkişaf etməkdə olan ölkələrdə texnologiya və sahibkarlıq vasitəsilə insanların həyatına təsir etmək məqsədi daşıyan İsçevrənin şirkətlər qrupudur. Müxtəlif startap axtarışları, şirkətlərin qurulması və sürətləndirmə proqramları vasitəsilə hazırda bu komandanın 60-dan çox ölkədə sahibkarlara, investorlara, korporasiyalara və dövlət rəsmilərinə çıxış imkanı var.
"Azercell Telekom" MMC Ümumdünya Startap Müsabiqəsinin keçirilməsində İsveçrənin "Seedstars" şirkəti ilə tərəfdaşlıq edir. "Azercell"in Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin rəhbəri İmran Bağırov isə "Seedstars World" səfiri seçilib.
Barama İnnovasiya Mərkəzi Azərbaycanda sahibkarlığa dəstək vermək məqsədilə 2009-cu ildə "Azercell" şirkəti tərəfindən yaradılmış layihədir. Barama əsasən informasiya texnologiyaları sahəsində fəaliyyət göstərən layihələri və yaranmaqda olan şirkətləri – startapları dəstəkləyərək onların şirkətləşməsinə yardım edir. 








Xəbərin orijinal ünvanı: https://report.az/i-kt/baramanin-wake-me-up-layihesi-1-milyon-abs-dollari-qazanmaq-ucun-mubarizeye-qosulacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR