Silahlı Qüvvələr Günü və Ramazan bayramı münasibətilə 5 qeyri-iş günü olacaq

Silahlı Qüvvələr Günü və Ramazan bayramı münasibətilə 5 qeyri-iş günü olacaq
16:57 4 May 2017
224 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 4 may. REPORT.AZ/ Bu il Ramazan bayramı və Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü eyni günə təsadüf etdiyindən əlavə qeyri-iş günü olacaq.
Nazirlər Kabinetindən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, 26 iyun - Silahlı Qüvvələr Günü, 26-27 iyun Ramazan bayramı günü münasibəti ilə qeyri-iş günüdür. İki bayram eyni günə təsadüf etdiyindən, iyunun 28-i, yəni çərşənbə günü də istirahət günüdür.
Beləliklə, hər iki bayram münasibəti ilə şənbə və bazar günləri də daxil olmaqla 5 gün (24, 25, 26, 27 və 28 iyun) qeyri-iş günü elan olunur.

Xəbərin orijinal ünvanı: https://report.az/sosial-mudafie/silahli-quvveler-gunu-ve-ramazan-bayrami-munasibetile-5-qeyri-is-gunu-olacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR