Bakıda qorxu filminin qala gecəsi keçirildi

Nizami Kino Mərkəzində Azərbaycanın kino tarixində ilk qorxu filmi (mistik treller) “Xənnas”ın qala gecəsi keçirilib.

Metbuat.az xəbər verir ki, filmin ideya müəllifi və rejissoru Elvin Abdullayevdir.

Baş rollarda Qorqud Cəfər, Türkay Cəfərli, Pərvin Abıyeva, Nərgiz Əliyeva, Hikmət Rəhimov, Zarina Qurbanova və Zemfira Əbdülsəmədova yer alıb.

Film haqqında: Uzun müddətdir eyni yuxunu görən İlkin öz dostları və həyat yoldaşı ilə ad günündən qayıdarkən, ailəsinə məxsus evə baş çəkmək qərarına gəlir. Sovet vaxtlarında bunker kimi istifadə olunan və ilk baxışdan atılmış bir ev təəssüratı yaradan məkan get-gedə çağırılmayan qonaqları öz qaranlıq tarixinə aparır. İllər öncə babasını etdiyi günahlara görə evin lənətli olduğunu bilən İlkin, onu bura Xənnasın gətirdiyini anlayır. Onun bir çıxış yolu var.

Aytən Novruzova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR