Arvadını 16 yaşlı oğlunun gözü önündə baltaladı - UCARDA DƏHŞƏT

Arvadını 16 yaşlı oğlunun gözü önündə baltaladı - UCARDA DƏHŞƏT
16:59 4 May 2017
119 Digər
Ölkə mətbuatı
A- A+

Ucar sakini  həyat yoldaşını baltalayıb. Hadisə rayonun Qaracalı kəndində qeydə alınıb.
 
Kənd sakini, 1956-cı il təvəllüdlü Məhərrəm Mahmudov həyat yoldaşı, 1966-cı il təvəllüdlü Şamama Mahmudovanı ailə münaqişəsi zəminində başına balta ilə xəsarət yetirib. Hadisə Şamama Mahmudovanın atası evində, 16 yaşlı oğlunun gözü qarşısında baş verib. Ağır vəziyyətdə olan Ş.Mahmudova Ucar Mərkəzi Rayon  Xəstəxanasının cərrahiyyə şöbəsinə yerləşdirilib.
 
Ucar rayon Polis Şöbəsinin keçirdiyi əməliyyat axtarış tədbirləri nəticəsində hadisəni törədən Məhərrəm Mahmudov  saxlanılaraq istintaq bölməsinə təhvil verilib. Fakta bağlı  araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/273847

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR