Dünyanın sonu yaxınlaşır

Tanınmış fizik Stephen Havkinq iddia edir ki, 100 il sonra insanlar dünyanı tərk etmək məcburiyyətində qalacaq.

Metbuat.az xəbər verir ki, o, bu iddiasını nüvə müharibələri, qlobal istiləşmə və genetik keçəcək viruslarla əsaslandırıb. Havking iqlim dəyişikliyinin, göy daşı toqquşmasının, yayılan xəstəliklərin çoxalması halında bəşəriyyətin yer üzündən silinəcəyini deyib.

Keçmiş tələbəsi olan Kristof Qalfard ilə dünyanı gəzəcək olan Havking insanların Kosmoda yaşaya bilmə ehtimalını araşdırmağa başlayıb.

Rəvan Nasiroğlu / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR