İnsan bədənində çoxlarının bilmədiyi Konfutsi nöqtəsi haqqında İNANILMAZ GERÇƏKLƏR

İnsan bədənində çoxlarının bilmədiyi Konfutsi nöqtəsi haqqında İNANILMAZ GERÇƏKLƏR
17:18 4 May 2017
Ölkə mətbuatı
A- A+

Son vaxtlar insanlar arasında xroniki stress daha çox vüsət alır. Onu XXI əsrin əsas bəlalarından biri adlandırmaq olar. Adətən xroniki stress tədricən inkişaf edir, aylarla, hətta illərlə davam edə bilir. Nəticə etibarı ilə həyat keyfiyyətini korlayır və orqanizmin işində problem yaradır.

Xroniki stress nəticəsində təkcə əhval-ruhiyyənin pozulması, kədər hissi, nevrasteniya və emosional qərarsızlıq müşahidə olunmur. O, səhərlər ürəkbulanma, qarın köpü, həzm sisteminin pisləşməsi və pozulması, konsentrasiya və görmə qabiliyyətinin pisləşməsinə gətirib çıxarır.

Ən vacibi isə xroniki stress ilk növbədə öd kisəsinin işinin keyfiyyətinə təsir edir. Daha sonra onun mənfi təsiri onikibarmaq bağırsağına yayılır. Bunun nəticəsində xolesistit, öd kisəsi iltihabı, xroniki kolit yaranır. Daha sonra öd kisəsində toplanan kristal qum, sekstiloqa çevrilir, tədricən daşlara çevrilir. Dolayısı ilə bu, öd kisəsində daş əmələ gəlməsi ilə yekunlaşır.

Ondan necə yaxa qurtarmaq və ümumiyyətlə onun qarşısını necə almaq olar?

Publika.az xəbər verir ki, Şərqdə, son zamanlarda isə Qərbdə xroniki yorğunluğu aradan qaldırmaq üçün populyar metodlardan biri bioloji aktiv nöqtələrin masaj olunmasıdır. Buna "Fen-çi" və ya "Konfutsi nöqtəsi" deyilir, bəzən isə "Ruhunun nöqtəsi" adlandırırlar.

Yeri gəlmişkən, məşhur Çin mütəfəkkiri və filosofu Konfutsiyə görə, o, xroniki stress və ağrılardan boynun arxasında, şəkildə gördüyünüz nahiyəni masaj etməklə xilas olub. Bu səbəbdən masaj onun şərəfinə "Konfutsi nöqtəsi" adını alıb. Filosof deyirdi ki, bu nahiyəni masaj etmək zehni açır, ürək döyüntülərini normaya salır, gözlərə müsbət təsir göstərir, həmçinin baxışları daha ifadəli və parlaq edir.

Ümumiyyətlə, çinlilər hesab edir ki, insan həyatını üç nöqtə idarə edir: Sahib və ya Çingizxan - həzm nöqtəsi, Zamanın hökmdarı - Çzu-san-li nöqtəsi və Konfutsi - ağıl rəhbəri nöqtəsi.

Odur ki, sonuncuya masaj etmək kəskin və ya xroniki stress nəticələrinin neytrallaşdırılmasından başqa, həm də sağlam beyin inkişafını stimullaşdıracaq.

"Konfutsi nöqtəsi" peysər sümüyünün təxminən 2,5 sm altında, saçların seyrəldiyi batıq hissəsə yerləşir. Bu nöqtəyə həm barmaq, həm də karandaşın pozan birləşdiyi küt uclu hissəsiylə köməyi ilə təsir göstərmək olar. Yumşaq rezini bu nöqtədə saat əqrəbi istiqamətində 5 dəqiqə oynatmaq lazımdır.

Konfutsi nöqtəsini həm sağ, həm də sol əllə masaj etmək olar. Əgər əlləriniz uzun və böyükdürsə, masaj hərəkətlərini hər iki əllə də yerinə yetirmək olar.

Qeyd etmək lazımdır ki, Konfutsi nöqtəsinə təsir etməklə bağırsaq yolllarında spazmanı aradan qaldırmaq və öd kisəsini sağlamlaşdırmaq olar. Çünki bu nöqtənin lokalizasiyası öd kisəsinin enerji kanalında yerləşir.

Göz xəstəlikləri, yüksək təzyiq, baş ağrıları, gözlərin sulanması, baş gicəllənməsi, eşitmə qabiliyyətinin azalması, dilxorçluq və emosional tarazsızlıq kimi hallarda bu nöqtəyə təsir etmək faydalıdır.

Aytən


Xəbərin orijinal ünvanı: http://publika.az/news/saghlamliq/197562.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR