MBNP-nin rəhbəri xarici diplomatlarla görüşüb

MBNP-nin rəhbəri xarici diplomatlarla görüşüb
17:27 4 May 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 4 may. REPORT.AZ/ Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurasının sədri Rüfət Aslanlı Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə ölkəmizdə akkreditə olunmuş xarici ölkələrin və beynəlxalq təşkilatların diplomatik nümayəndəliklərinin başçıları ilə görüş keçirib.
“Report” Palataya istinadən xəbər verir ki, görüşdə R. Aslanlı xarici ölkə səfirlərinə maliyyə bazarlarının fəaliyyətinin səmərəli şəkildə təmin olunması istiqamətində rəhbərlik etdiyi qurumun gördüyü işlərdən bəhs edib və bu sahədə MBNP-nin üzərinə düşən vəzifələr barədə məlumat verib.
Bundan əlavə, görüşdə strateji yol xəritələri ilə müəyyənləşdirilmiş maliyyə sektoru qarşısında duran əsas hədəflər və imkanlar və bütövlükdə maliyyə sektorunda islahatlar gündəliyi müzakirə edilib.
Xarici ölkələrin Azərbaycandakı səfirləri maliyyə xidmətləri istehlakçılarının hüquqlarının qorunması məqsədilə ölkədə aparılan islahatları yüksək qiymətləndirdiklərini bildiriblər. Görüş əsnasında ölkəmizdə göstərilən maliyyə xidmətləri ilə əlaqədar diplomatik korpus nümayəndələrini maraqlandıran suallar cavablandırılıb, o cümlədən yeni qanunvericilik aktları, o cümlədən “Nağdsız hesablaşmalar haqqında” Qanun və maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.




Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/mbnp-nin-rehberi-xarici-diplomatlarla-gorusub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR