Azərbaycan Mərkəzi Bankı Azərbaycan Beynəlxalq Bankına maliyyə dəstəyini 4 dəfə artırıb

Azərbaycan Mərkəzi Bankı Azərbaycan Beynəlxalq Bankına maliyyə dəstəyini 4 dəfə artırıb
17:37 4 May 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 4 may. REPORT.AZ/ Azərbaycan Mərkəzi Bankı (AMB) “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin problemli aktivlərinin idarə edilməsi ilə məşğul olan “Aqrarkredit” QSC bank olmayan kredit təşkilatının (BOKT) qiymətli kağızlarına investisiyaları 4 dəfə artırıb.
Bu barədə “Report” AMB-nin illik hesabatına istinadən xəbər verir.
Hesabatda deyilir ki, 2016-cı ilin yekununda bu məqsədlə investisiya 10 mlrd. manat təşkil edib. Bu rəqəm 2015-ci ilin yekununda 2,5 mlrd. manat olub. 

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/azerbaycan-merkezi-banki-azerbaycan-beynelxalq-bankina-maliyye-desteyini-4-defe-artirib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR