Türkiyədə ağlasığmaz hadisə baş verib.
Publika.az xəbər verir ki, Türkiyənin İstanbul şəhərində elektrik sayağaclarının yoxlanılması bəhanəsi ilə evə girən vəzifəli şəxs qadının evdə tək olmasından istifadə edərək ona təcavüz etmək istəyib.
Qadın onunla cinsi əlaqəyə girmək istəyən kişiyə müqavimət göstərib. Polisə xəbər verən qadın kişidən şikayətçi olduğunu deyib.
İfadəsində evə sayağaca baxmaq üçün gəldiyini deyib: "Qapını açanda mənə təcavüz etmək istədi. İstədiyinə nail ola bilmədiyini görəndə, qonaq otağında özü öz cinsi ehtiyacını təmin etdi."
Polis faktla bağlı araşdırma başladıb.
K.C