Onun ölüm xəbəri bir andaca dünya mediasının gündəmi

İngiltərə kral sarayında Böyük Britaniya kraliçası Elizabetin həyat yoldaşı şahzadə Filipin ölməsi barədə yayılan şayiələrə son qoyulub.

Metbuat.az xəbər verir ki, şayiələrin yayılmasına səbəb Londonun "Buckingham" sarayında gecə saat 3-də keçirilən yığıncaq olub.

Yığıncağın keçirilməsinə səbəb isə 95 yaşlı şahzadə Filipin payızdan etibarən kral öhdəliklərini dayandıracağı ilə bağlı olub. 91 yaşlı kraliça həyat yoldaşının qərarını dəstəklədiyini bildirib.

Qeyd edək ki, Yeni il ərəfəsində ağır qrip keçirən cütlük ətrafında son zamanlar söz-söhbətlər bitmir.

Aytən Novruzova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR