Beynəlxalq turnirdə iştirak edəcək boks üzrə Azərbaycan yığmasının heyəti açıqlanıb

Beynəlxalq turnirdə iştirak edəcək boks üzrə Azərbaycan yığmasının heyəti açıqlanıb
17:47 4 May 2017
42 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 4 may. REPORT.AZ/ Qazaxıstanın Çimkənt şəhərində mayın 8-də start götürəcək beynəlxalq turnirdə iştirak edəcək boks üzrə Azərbaycan milli komandasının heyəti açıqlanıb.
Azərbaycan Boks Federasiyasından “Report”a verilən məlumata görə, 4 gün davam edəcək yarışda yığmanın 13 üzvü mübarizə aparacaq.
Baş məşqçi Vaqif Kazımov və məşqçi Vüqar Məmmədovun rəhbərliyi altında Çimkəntə yollanan komandanın heyətində Maqsud Xasmetov (46 kq), Rüfət Fətullayev (48 kq), Cəlal Qurbanov (50 kq), Əzrək Bəbirov (52 kq), Elşən Cəbizadə (54 kq), Elmir Novruzov (57 kq), Rüfət Mustafazadə (60 kq), Səlim Səlimov (63 kq), Rüfət Nəbiyev (66 kq), Cahid Qurbanov (70 kq), Amri Novruzov (75 kq), Adir Vəliyev (80 kq) və Vüqar Səmədov (+85 kq) yer alıb. 
Elxan Əsədov isə Azərbaycanı hakim kimi təmsil edəcək.
Qeyd edək ki, Qazaxıstana mayın 7-də yollanacaq yığma 5 gün sonra vətənə dönəcək.

Xəbərin orijinal ünvanı: https://report.az/ferdi/beynelxalq-turnirde-istirak-edecek-boks-uzre-azerbaycan-yigmasinin-heyeti-aciqlanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR