Təranənin banka 40 min borcu var - FOTO

Təranənin banka 40 min borcu var - FOTO
17:47 4 May 2017
112 Şou
Ölkə mətbuatı
A- A+

Prodüser Təranə Səmədovanın bank borcuna görə ölkədən çıxışına qadağa qoyulması ilə bağlı xəbər vermişdik.

Milli.Az axşam.az-a istinadən bildirir ki, prodüser banka 40 min pul ödəməlidir.

T.Səmədova özü də xəbəri təsdiqləyib. O bildirib ki, bank ona şərt qoyub:

"Kreditin yarısı maşınımındır. Yarısını isə pul şəklində götürmüşəm. Əgər yarısını - 20 mini ödəsəm, qadağam götürüləcək. Devalvasiyadan sonra gecikmələrim oldu, ödəyə bilmədim və bu qədər yığıldı. Hazırda heç bir müğənni ilə işləmirəm. Tək gəlir yerim "Bacanaqlar" serialındandır. Yaxın günlərdə yeni bir iş quracam. Hazırda təmir işləri gedir. Nə olduğunu açıqlayacam".

T.Səmədova heç bir müğənni ilə çalışmamasının səbəbini də açıqlayıb:

"Heç bir müğənnidə potensial görmürəm. Əziyyət çəkirəm, sonra baxıram zəhmətim yerə dəyir. Bezirəm, tükənirəm... İnşallah, alınsa, yeni mövsümdə aparıcılıq edəcəm. Bu işin üstünə ciddi düşmüşəm. Hazırda sponsorlarla danışıram".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/541713.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR