Azərbaycanda 5 gün iş olmayacaq

Azərbaycanda 5 gün iş olmayacaq
17:47 4 May 2017
165 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu il Ramazan bayramı və Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü eyni günə təsadüf etdiyindən əlavə qeyri-iş günü olacaq.

Milli.Az xəbər verir ki, Nazirlər Kabinetindən report-un sorğusuna cavab olaraq bildirilib ki, 26 iyun - Silahlı Qüvvələr Günü, 26-27 iyun Ramazan bayramı günü münasibəti ilə qeyri-iş günüdür. İki bayram eyni günə təsadüf etdiyindən, iyunun 28-i, yəni çərşənbə günü də istirahət günüdür.

Beləliklə, hər iki bayram münasibəti ilə şənbə və bazar günləri də daxil olmaqla 5 gün (24, 25, 26, 27 və 28 iyun) qeyri-iş günü elan olunur.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/541739.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR