Aytac Vidadiqızı ana olduqdan sonra ilk olaraq bunu etdi - VİDEO

Aytac Vidadiqızı ana olduqdan sonra ilk olaraq bunu etdi - VİDEO
17:48 4 May 2017
141 Şou
Ölkə mətbuatı
A- A+

Ana olduqdan sonra sənətinə fasilə verən müğənni Aytac Vidadiqızı ilk mahnısını təqdim edib.

Publika.az xəbər verir ki, müğənni “Azərbaycan” adlı mahnısını dinləyicilərin ixtiyarına verib. Yeni mahnısından danışan ifaçı bu mahnını Türkiyədə yaşadığı müddətdə bəstələdiyini bildirib:

“Hamiləlik dövrümü İstanbulda yaşadım. Azərbaycan üçün burnumun ucu göynəyirdi. Hər gün bir rayona, bir kəndə getmək istəyirdim. Hər gün Azərbaycana aid mahnılar dinləyirdim. Gün boyu mahnılar dilimdən düşmürdü. Hər yerdə Azərbaycan haqqında mahnıları zümzümə edirdim. Elə orada qərara gəldim ki, elə bir mahnı bəstələyim ki, mahnıda Azərbaycanın bütün bölgələrinin adı çəkilsin. İnanıram ki, mahnı hər kəsin xoşuna gələcək. Çalışmışıq ki, unutduğumuz bölgə adı olmasın. Mahnının sözlərini də Elvin Mehmanlı yazdı”.

Yaradıcılığından danışan Aytac Vidadiqızı yay aylarında bir sıra ritmik mahnılar və klip çəkilişlərini həyata keçirəcəyini bildirib.

Qeyd edək ki, Aytac Vidadiqızı türk vətəndaşı Canberk Coşquntuna ilə ailə qurub. Onların Bəstə adlı bir qız övladı dünyaya gəlib. Hazırda müğənni ailəsi ilə birlikdə Bakıda yaşayır.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/magazin1/197566.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR