Azərbaycanlı qadın Türkiyədə qızını zorlayan sürücünü bıçaqladı - VİDEO - FOTO

Azərbaycanlı qadın Türkiyədə qızını zorlayan sürücünü bıçaqladı - VİDEO - FOTO
17:52 4 May 2017
136 Ölkə
Ölkə mətbuatı
A- A+

Türkiyənin Tekirdağ valiliyinin Çorlu mahalında sərnişin avtobusuna minən bir qadının çantasından çıxardığı bıçaqla sürücünü qarnından qəfil bıçaqladığı haqda məlumat vermişdik.

Cinayət hadisəsi ilə bağlı ŞOK DETAL üzə çıxıb

Milli.Az Türkiyə KİV-inə istinadən xəbər verir ki, dünən gecə sərnişin avtobusunda sürücü Ferhan Y.-nı bıçaqlayan qadının Azərbaycan əsilli Türkan A. olduğu məlum olub.

Nəzarətə alınan Türkan A. avtobus sürücüsünü niyə bıçaqladığı haqda tükürpədici detalı etiraf edib. Türkan Ferhan Y.-nın 8 yaşlı qızına təcavüz etdiyini deyib. Ferhan Y. isə Türkanın iddialarının əsassız olduğunu deyib:

"Bəli o çoxdan tanıdığım bir qadındır, burada pis bir şey yoxdur. Mənim günahım varsa, heç çölə çıxmağıma aman verməzlər. Mən çantadan gediş kartını çıxardır zənn etdim".

İfadələri alınan hər iki şəxs sərbəst buraxılıb.

Sərnişin avtobusunda yaşanan olay isə təhlükəsizlik kamerasında anbaan görüntülənib:

Məhəmməd Vaqif

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Videonu izləmək üçün şəklə klikləyin:

Azərbaycanlı qadın Türkiyədə qızını zorlayan sürücünü bıçaqladı


Xəbərin orijinal ünvanı: http://news.milli.az/crime/541738.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR