Arıqlamaq üçün dərman içənlər...

Artıq çəkidən xilas olmaq üçün insanlar müxtəlif yollara əl atır. Kimisi pəhriz və idmanla, kimisi isə dərman preparatları, bitki çayları ilə arıqlamağa çalışır.

Bəs, həqiqətən arıqlatdığı iddia edilən dərman preparatları, bitki mənşəli çaylar çəki atmağımıza yardım edirmi?

Həkim dietoloq Nərgiz Nəzirova Metbuat.az-a açıqlamasında deyib: “İnsanlar qısa müddətə nəticə əldə etmək üçün dərman preparatları istifadə edir, amma fəsadları sonradan özünü büruzə verir. Arıqlamaq üçün istifadə edilən dərman preparatları birbaşa beynə təsir edir. Yuxusuzluq, iştahsızlıq, baş ağrıları, aritmiya əmələ gətirir, qan təzyiqini artırır”.

Həkim əlavə edib ki, dərman preparatları ilə yanaşı bitki çayları da zərərlidir. Onların qəbulu bitəndən sonra çəki geri qayıdır.

Dietoloqun sözlərinə görə, ən sağlam arıqlamaq üsulu düzgün aparılan pəhriz və idmandır.

Elmi araşdırmalar da sübut edib ki, bitki çayları metabolizmanı sürətləndirdiyi üçün arıqlamağa sadəcə kömək edir. Həddən artıq kökəlməyinizə səbəb olan qidalanma formasını dəyişdirməsəniz, kifayət qədər hərəkət etmədən yalnız yağ yandıran bitki çayları ilə arıqlamaq mümkün deyil.

Aysel Yaqubqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR