"Mədəniyyətlərarası dialoqun inkişafı zorakı ideyaların aradan qalxmasına imkan verir"

"Mədəniyyətlərarası dialoqun inkişafı zorakı ideyaların aradan qalxmasına imkan verir"
17:52 4 May 2017
35 Ölkə
Ölkə mətbuatı
A- A+

"Mədəniyyətlərarası dialoqun inkişafı zorakı və ekstremist ideyaların aradan qalxmasına imkan verir".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Nassir Abdulaziz Al-Nasser Bakıda keçirilən IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna həsr olunmuş mətbuat konfransında deyib.

O qeyd edib ki, mədəniyyətlərarası dialoq dünyada sülhə və barışığa nail olmağa imkan yaradır:

"Bu gün mədəni müxtəlifliyə hörmət etmək, birgəyaşayış çox mühümdür. "Bakı prosesi" belə bir platformanın yaranmasına imkan verir. Bakıda keçirilən Mədəniyyətlərarası Dialoq Forumu müasir dünyamızın mühüm amilinə çevrilib".

BMT-nin ali nümayəndəsi bildirib ki, mədəniyyətlərarası dialoqun inkişafı zorakı və ekstremist ideyaların aradan qalxmasına şərait yaradır:

"İnanıram ki, builki forumda da bu və digər istiqamətdə mühüm müzakirələr aparılacaq. Azərbaycan bu gün dünyada mədəniyyətlər və dinlərarası dialoqun inkişafına mühüm töhfə verir və bu forumda iştirak etdiyimə görə çox şadam".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/541742.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR