Əbülfəs Qarayev: “O ölkə ki, BMT-nin qəbul etdiyi qətnamələrini qəbul etmir, deməli, dialoqa hazır deyil”

Əbülfəs Qarayev: “O ölkə ki, BMT-nin qəbul etdiyi qətnamələrini qəbul etmir, deməli, dialoqa hazır deyil”
17:57 4 May 2017
54 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 4 may. REPORT.AZ/ “Bizim Dağlıq Qarabağ problemimiz hər kəsə bəllidir. Bunun həll edilməsinin marağındayıq. Biz foruma beynəlxalq təşkilatlar vasitəsilə qonşularımızı da dəvət etmişdik. Amma təəssüflər olsun ki, onlar buna hazır deyillər”.
“Report”un xəbərinə görə, bunu Azərbaycanın Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Bakıda keçirilən “Mədəniyyətlarası dialoqun inkişafı: İnsan təhlükəsizliyi, sülh və davamlı inkişaf üçün yeni imkanlar” IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu ilə bağlı mətbuat konfransında deyib.
O bildirib ki, dünya münaqişələrində mədəniyyətlərarası dialoq vacib rol oynaya bilər: “Mədəniyyətlərarası dialoq “sülh”, “inkişaf” adlanır. O ölkə ki, BMT-nin qəbul etdiyi qətnamələrini qəbul etmir, deməli, dialoqa hazır deyil”.

Xəbərin orijinal ünvanı: https://report.az/dagliq-qarabag/ebulfes-qarayev-o-olke-ki-bmt-nin-qebul-etdiyi-qetnamelerini-qebul-etmir-demeli-dialoqa-hazir-d

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR