Rusiyada helikopter qəzaya uğrayıb, 3 nəfər ölüb

Rusiyada helikopter qəzaya uğrayıb, 3 nəfər ölüb
18:02 4 May 2017
40 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 4 may. REPORT.AZ/ Rusiyada “Robinson” xilasedici helikopterin qəzaya uğraması nəticəsində 3 nəfər ölüb.
“Report” TASS-a istinadən xəbər verir ki, hadisə Başqırdıstanda baş verib. 
İnformasiyaya əsasən, helikopterdə olanlar İnzer-Beloretsk rayonunda meşə yanğınını müşahidə edirmiş. Məlumata görə, helikopterin göyərtəsində bir pilot və iki yanğınsöndürən olub.
Hadisə yerində araşdırma aparılır.
Qeyd edək ki, “Robinson” Rusiyanın “Layt eyr” özəl şirkətinə məxsusdur.

Xəbərin orijinal ünvanı: https://report.az/region/rusiyada-helikopter-qezaya-ugrayib-3-nefer-olub3

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR