Rusiya hasilatın azaldılması sazişinin uzadılmasını istəyir

Rusiya hasilatın azaldılması sazişinin uzadılmasını istəyir
18:02 4 May 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 4 may. REPORT.AZ/ Rusiya OPEC-in Vyana razılaşması ilə bağlı tərəfdaşları ilə yekun danışıqlar aparır və neft hasilatının azaldılması ilə bağlı razılığın uzadılmasının tərəfdarıdır.
“Report” RİA "Novosti” agentliyinə istinadən xəbər verir ki, bunu ölkənin energetika naziri Aleksandr Novak bildirib.
Xatırladaq ki, ötən il noyabrın 30-da OPEC üzrə gündəlik neft hasilatının 1,2 mln. barel azaldılaraq 32,5 mln. barelə endirilməsi barədə razılıq əldə olunub. Dekabrın 10-da isə Vyanada OPEC üzvləri ilə təşkilata daxil olmayan 11 ölkə, o cümlədən Azərbaycan, ümumi hasilatın 558 min barel/gün azaldılması barədə sazişə imza atıb. Azərbaycan hasilatı sutkada 35 min barel azaltmaq öhdəliyini götürüb və öhdəliyi tam yerinə yetirib. Rusiya gündəlik hasilatın oktyabrdakı səviyyədən 300 min barel azaltmaq öhdəliyini götürüb.
Saziş bu ilin birinci yarısı üçün bağlanıb və onun müddətinin uzadılması imkanı nəzərdə tutulub. Mayın 25-də bununla bağlı qərar veriləcəyi gözlənilir.


Xəbərin orijinal ünvanı: https://report.az/energetika/rusiya-hasilatin-azaldilmasi-sazisinin-uzadilmasini-isteyir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR