İxtira etdiyi oyuncaq bütün dünyada satılır, özü qəpik də qazana bilmir - FOTOLAR

İxtira etdiyi oyuncaq bütün dünyada satılır, özü qəpik də qazana bilmir - FOTOLAR
18:03 4 May 2017
297 Digər
Ölkə mətbuatı
A- A+

Son zamanlarda dünya ölkələri ilə yanaşı Azərbaycanda da "stress çarxı" adlanan oyuncaq trend halına gəlib. Bir çox ölkələrdə demək olar ki, insanlar əl-əl bu oyuncağı axtarır. İnsanlarda qeyri-adi asılılıq yaradan "stress çarxı"nın sahibi isə bu yüksəlişdən bir qəpik də qazana bilmir.

Publika.az xəbər verir ki, gündəmi zəbt edən oyuncağı ABŞ-ın Florida ştatında yaşayan 62 yaşlı Ketrin Hettinger ixtira edib. Amma ixtiraçı patent yeniləmə haqqını ödəmədiyi üçün dünyaca məşhur kəşfindən bir qəpikdə pul qazana bilmir.

"Stress çarxı" adlanan və əldə döndərilən mexanizmdən ibarət oyuncaq həm böyüklərin, həm də balacaların əlindən düşmür. Hettinger deyir ki, ixtirasının dünya miqyasında populyarlaşmasından məmnundur.

Hettinger 2005-ci ilə qədər patenti özündə olan oyuncağın təxminən 1500 manatlıq patent yeniləmə haqqını ödəsəydi, hazırda dünyada milyonlarla satılan oyuncaqda öz payını götürüb əlavə iş axtarmaq məcburiyyətində qalmayacaqdı.

Onu da qeyd edək ki, dünya miqyasında getdikcə yayılan stress çarxının, uşaqların diqqətini dağıtdığı istiqamətində iddialar gündəmə gəldikdən sonra, ABŞ-ın bəzi ştatları, Böyük Britaniya və Birləşmiş Ərəb Əmirliklərində bu oyuncağın satışına qadağa qoyuldu.

Könül Cəfərli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/maraqlidunyasi/197560.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR