İstanbulda yoxlamalar başladı

İstanbul polisi “Kurt Kapanı 3" adlı genişmiqyaslı əməliyyatlara başlayıb.

Metbuat.az xəbər verir ki, əməliyyatlarda Beşiktaş, Beyoğlu, Şişli, Sarıyer və Kağıthane rayonları da daxil olmaqla 1500 polis iştirak edir. Əməliyyatlara təhlükəsizlik idarəsinin rəisi Mustafa Çalışkan başçılıq edir.

Şəhərin giriş-çıxışı bağlanıb. Hava, dəniz və qurudan aparılan əməliyyatlarda avtomobil və sərnişinlər üzərində axtarışlar aparılır.

Aytən Novruzova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR