"İlin favoriti" mükafatı öz sahiblərinə təqdim olundu - FOTO

"İlin favoriti" mükafatı öz sahiblərinə təqdim olundu - FOTO
18:12 4 May 2017
100 Şou
Ölkə mətbuatı
A- A+

"Şou Prodakşn"ın təşkilatçılığı ilə "İlin favoriti" mükafatı təqdimetmə mərasimi baş tutdu. Mükafatçılar müxtəlif sahələri əhatə edirdi. Mükafatçılar arasında xalq artisti Flora Kərimova, əməkdar artist Səlim Abbasov, bəstəkar Sevinc Tofiqqızı, müğənnilər Rahidə Baxışova, Rövşən Əziz, Niyam Salami, Nəcəf Nəcəfquluzadə aparıcılar Vüsalə Kərimova, Humay Muxtarova, təşkilatçı Aqil Məmiyev, aktrisalar Nərgiz Əliyeva, Şəhanə Yusifova, Səbinə Paşayeva, modellər, jurnalistlər və s. mükafatçılar sırasında idi. 

Qeyd edək ki, "İLİN FAVORİTİ" Mükafatı hər il "Şou Prodakşn"ın təşkilatçılığı ilə təqdim olunur. Bu il də ənənəyə sadiq qalaraq təqdimetmə mərasimi təşkil olunmuşdur. "İLİN FAVORİTİ" Mükafatının təqdim olunmasında məqsəd 2016-cü ildə həyata keçirdiyi layihələr ilə öz pərəstişkarlarını sevindirənləri, hit mahnıların müəlliflərini, istedadı ilə digər həmkarlarından fərqlənən aparıcıları, aktrisaları, modelleri, rejissorları, produserləri, stilistləri, KİV nümayəndələrini, iş adamlarını, biznes qrumlarını və s. digər həmkarlarından fərqləndirməkdir.

İnformasiya dəstəyi - Trend.az, Day.Az, Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/541718.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR