Ali nümayəndə: “BMT-nin Siviliziyalar Alyansı Azərbaycanla əməkdaşlıqdan qürur duyur”

Ali nümayəndə: “BMT-nin Siviliziyalar Alyansı Azərbaycanla əməkdaşlıqdan qürur duyur”
18:18 4 May 2017
21 Digər
Ölkə mətbuatı
A- A+

"BMT-nin Siviliziyalar Alyansı Azərbaycanla əməkdaşlıqdan qürur duyur”.

Publika.az xəbər verir ki, bunu BMT-nin Siviliziyasiyalar Alyansı üzrə ali nümayəndəsi Nassir Abdulaziz Al-Nasser Bakıda keçirilən “Mədəniyyətlarası dialoqun inkişafı: İnsan təhlükəsizliyi, sülh və davamlı inkişaf üçün yeni imkanlar” IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu ilə bağlı təşkil olunan mətbuat konfransında bildirib.

Nassir Abdulaziz Al-Nasser deyib ki, ölkələr böyüdükcə, inkişaf etdikcə texnologiyalar da inkişaf edir:

“İnteqrasiya bəzən çaşdırıcı olur. Dialoq sülhə nail olunması üçün çox vacibdir. Ortaq dəyərlərin paylaşılması çox mühümdür, bu, sülhə rəvac verir. Mədəniyyətlərarası dialoqu gücləndirmək zorakı qüvvələrə cavab vasitəsidir. Azərbaycanın dünyadakı roluna bələdəm. Sülh istiqamətində addımların atıldığını görürəm”.

Vasif Həsənli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida_xeber/197574.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR