Helikopter qəzaya uğrayıb - Ekipajın taleyi məlum deyil

Helikopter qəzaya uğrayıb - Ekipajın taleyi məlum deyil
18:22 4 May 2017
53 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Başqırdıstanda meşə yanğınları ilə bağlı vəziyyətin monitorinqini həyata keçirən helikopter qəzaya uğrayıb. Trend-in məlumatına görə, helikopter yaşayış məntəqəsindən 30 km məsafədə qəzaya uğrayıb.

Regionun Fövqəladə Hallar Xidmətindən verilən məlumata görə, helikopterdə 3 heyət üzvü olub. İlkin məlumata görə, onların 3-ü də həlak olub. Hazırda heyət üzvlərinin axtarışları davam etdirilir.

Qəzanın baş vermə səbəbləri məlum deyil.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/other/world/2750212.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR