"Qəbələ"də ciddi itki

Sabah Azərbaycan kubokunun finalında "Qarabağ"la qarşılaşacaq "Qəbələ" oyuna ciddi itki ilə çıxacaq.

Klubun mətbuat xidmətindən Metbuat.az-a verilən məlumata görə, komandanın əsas hücumçusu Daniel Subotiç zədə səbəbindən bu vacib görüşü buraxacaq.

Bundan başqa uzun müddətdir zədədən əziyyət çəkən müdafiəçi Vitali Vernidub da sabah meydana çıxmayacaq.

Qeyd edək ki, Naxçıvan şəhər stadionunda keçiriləcək qarşılaşma saat 16:00-da başlayacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR