İslam Həmrəyliyi Oyunlarının boks yarışlarının təqvimi AÇIQLANDI

İslam Həmrəyliyi Oyunlarının boks yarışlarının təqvimi AÇIQLANDI
18:47 4 May 2017
109 İdman
Ölkə mətbuatı
A- A+

Bakıda keçiriləcək İslam Həmrəyliyi Oyunları çərçivəsində baş tutacaq boks yarışlarının təqvimi dəqiqləşib. "Bakı Kristal Zal-2"də təşkil olunacaq yarış mayın 12-də başlayacaq.

Azərbaycan Boks Federasiyasından Milli.Az-a verilən məlumata görə, ilk döyüşün startı 12:00-da veriləcək. Mayın 16-dək ilkin mərhələlərin görüşləri baş tutacaq. Ertəsi gün yarımfinallar, mayın 18-də finallar keçiriləcək. Həlledici döyüşlər saat 16:00-dan 20:00-dək olacaq.

Qeyd edək ki, kişi boksçular arasında təşkil olunacaq turnirdə Azərbaycan yığmasının şərəfini 10 idmançı qoruyacaq.

İlkin mərhələlər:

12 may

12:00-15:00. 69 kq, 75 kq, +91 kq

13 may

12:00-15:30. 60 kq, 81 kq

18:00-20:30. 56 kq, 91 kq

14 may

12:00-15:00. 64 kq, 69 kq, 75 kq

18:00 - 21:00. 64 kq, 69 kq, 75 kq

15 may

12:00-15:45. 49 kq, 52 kq, +91 kq

18:00 - 21:00. 56 kq, 75 kq, 81 kq

16 may

12:00-15:00. 60 kq, 64 kq, 91 kq

18:00-21:00. 49 kq, 52 kq, 69 kq

Yarımfinallar:

17 may

12:00-14:30. 49 kq, 56 kq, 64 kq, 75 kq, 91 kq

19:00 - 21:30. 52 kq, 60 kq, 69 kq, 81 kq, +91 kq

Finallar:

18 may

16:00-20:00. 49 kq, 52 kq, 56 kq, 60 kq, 64 kq, 69 kq, 75 kq, 81 kq, 91 kq, +91 kq

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/541751.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR