Səfir: "İsrail Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir"

Səfir: "İsrail Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir"
18:57 4 May 2017
46 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 4 may. REPORT.AZ/ "Azərbaycanla İsrail arasında əlaqələr əladır və mən bunu tam səmimi deyirəm."
"Report"un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında İsrailin Azərbaycandakı səfiri Dan Stav deyib.
Səfir bildirib ki, iki ölkə və insanları arasında əlaqələrin intensifikasiyası mühümdür: "Azərbaycanda yaşayan yəhudilər heç vaxt ayrıseçkiliyə məruz qalmayıblar və cəmiyyətin bir hissəsi kimi yaşayırlar."
Dağlıq Qarabağ münaqişəsi barədə danışan səfir bildirib ki, öz təcrübəmizə əsaslanaraq, bütün siyasi münaqişələr sülh yolu ilə həllini tapmalıdır. Diplomat əlavə edib ki, İsrail dövləti Azərbaycanın münaqişə ilə bağlı mövqeyini və ərazi bütövlüyünü dəstəkləyir: "Biz həmçinin ATƏT-in Minsk qrupunun səylərini də dəstəkləyirik". 

Xəbərin orijinal ünvanı: https://report.az/xarici-siyaset/i-srail-azerbaycanin-erazi-butovluyunu-destekleyir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR