İspaniyada kimya müəssisəsində PARTLAYIŞ - Yaralılar var

İspaniyada kimya müəssisəsində PARTLAYIŞ - Yaralılar var
19:05 4 May 2017
25 Dünya
Ölkə mətbuatı
A- A+

İspaniyanın paytaxtı Madrid yaxılığında kimya müəssisəsində baş verən partlayış nəticəsində 30 nəfər xəsarət alıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, partlayışdan sonra yanğın başlayıb.

Yaralılardan üçünün vəziyyəti ağır olaraq qiymətləndirilir.

Qeyd edilir ki, yanğınsöndürənlər yanğını tam söndürə bilməsələr də, artıq vəziyyətə nəzarət olunur.

Yanğın İspaniya paytaxtından cənubda sənaye zonasında yerləşən müəssisədə baş verib.

Madrid muxtar hakimiyyəti yanğınla bağlı yaranmış şəraitin sakinlərin səhhəti üçün təhlükəli olmadığını bəyan ediblər.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/541758.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR