Kamal Abdullayev: "Dünya universitetlərindən Azərbaycan multikulturalizmi fənninin tədrisi ilə bağlı müraciətlər olur"

Kamal Abdullayev: "Dünya universitetlərindən Azərbaycan multikulturalizmi fənninin tədrisi ilə bağlı müraciətlər olur"
19:22 4 May 2017
63 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 4 may. REPORT.AZ/ IV Beynəlxalq Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində Azərbaycana səfərə gələn ABŞ rəsmilərindən ibarət nümayəndə heyəti Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində (BBMM) olub.
Mərkəzdən "Report"a verilən məlumata görə, millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, BBMM-in Himayəçilik Şurasının sədri, akademik Kamal Abdullayev Los-Anceles Xristian Dini Mərkəzinin rəhbəri, yepiskop Xuan Karlos Mendez, Aydaho Ştatının senatoru Marv Hagedorn, Los Ancelesdəki Kral Fahad Məscidinin dinlərarası proqramın direktoru Mahomed Xan, ABŞ-ın Kolumbiya Ştatının Vaşinqton Hüquq Assosiasiyasında məsləhətçi Janna Skot, ABŞ Prezidentinin təyin etdiyi milli və yerli könüllü cəmiyyətlər xidmətinin səlahiyyətlisi Hyepin İm, Arizona ştatının keçmiş senatoru Karlayl Beqay, Pakistan-Amerika Məsələləri Şurasının nümayəndəsi Adnan Khanın təmsil olunduğu nümayəndə heyətini qəbul edib.
Dövlət müşaviri görüşdə Azərbaycanın multikultural durumu və çoxəsrlik tolerantlıq ənənələrindən danışıb. O bildirib ki, dünyanın bir çox universitetlərindən Azərbaycan multikulturalizmi fənninin tədrisi ilə bağlı Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinə müraciətlər olur və müvafiq təkliflər dəyərləndirilir: " Azərbaycanın 40, dünyanın 15 nüfuzlu universitetində “Azərbaycan multikulturalizmi” fənni tədris olunur".
Senator Marv Hagedorn Azərbaycanın multikulturalizm modelinin təbliği və təşviqi ilə bağlı görülən işləri təqdir edərək bu istiqamətdə gələcək əməkdaşlıqların perspektivlərindən söz açıb.
Xanım Janna Skot Azərbaycanın multikulturalizm təcrübəsini alqışa layiq dəyər kimi qiymətləndirib və gələcəkdə bu təcrübənin bölüşmək istiqamətində əməkdaşlıqların hər iki ölkə üçün faydalı olacağına inandığını deyib.
Görüşdə ABŞ universitetlərində Azərbaycan multikulturalizmi fənninin tədrisinin gələcək perspektivləri, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun “qardaşlaşmış məktəblər” layihəsində Amerika məktəblərinin də iştirakı, hər iki ölkənin multikulturalizm təcrübəsinin qarşılıqlı mübadiləsi məsələləri müzakirə olunub. 

Xəbərin orijinal ünvanı: https://report.az/xarici-siyaset/kamal-abdullayev-dunya-universitetlerinden-azerbaycan-multikulturalizmi-fenninin-tedrisi-ile-bagli1

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR